Türkiyə Təhlükəsizlik Şurası Ermənistanın təcavüzünü pisləyib

Türkiyə Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə pisləyir. Bu barədə çərşənbə günü Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasından sonra verilən bəyanatda deyilir.

Sənəddə Ermənistanın “illərdir Azərbaycan ərazilərini qanunsuz işğal etdiyi” vurğulanır.

“Ermənistan təcavüzkar mövqeyindən əl çəkməli və Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir.  Türkiyə qardaş Azərbaycan xalqının ədalətli mübarizəsində verdiyi hər bir qərarı dəstəkləyəcək “, deyə Türkiyə Milli Təhlükəsizlik Şurasının  bəyanatında bildirilir.

Turan