Kiyevə növbəti kütləvi zərbə: azı 10 nəfər həlak olub
Hakimiyyətin məlumatına görə, Kiyevə endirilən yeni kütləvi zərbə nəticəsində azı 10 nəfər həlak olub.
Kiyevin Podol rayonunda doqquzmərtəbəli yaşayış binası qismən uçub. Darnitsa rayonunda isə qalıqların 25 mərtəbəli binaya düşməsindən sonra həlak olanların meyitləri tapılıb.
Rusiya Müdafiə Nazirliyi Kiyev və Kiyev vilayətində hərbi sənaye müəssisələrinə və yanacaq-energetika kompleksinin obyektlərinə kütləvi zərbə endirdiyini bəyan edib.
Rusiya Müdafiə Nazirliyi oxşar bəyanatı iyulun 2-də Kiyevə əvvəlki kütləvi hücumdan sonra da vermişdi. Həmin hücum nəticəsində 31 nəfər həlak olmuşdu.

