GündəmManşet

Daha 8 kənd azad edildi. Ordumuz Laçına doğru irəliləyir

Bazar ertəsi günün ikinci yarısında Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında daha 8 kəndin azad edildiyi məlum olub. Bu barədə məlumat dövlət başçısının Tvitter hesabında yayılıb.

 

Zəngilan rayonunun Dərə Gilətağ, Qubadlı rayonunun İşıqlı və Muradxanlı kəndlərinin azad edilməsi mühüm əhəmiyyət kəsb edir. Onlar Dağlıq Qarabağa strateji yolun keçdiyi Laçın rayonuna sıx birləşirlər.

 

Bu gün azad edilmiş kəndlərdən Laçın yoluna və Laçın rayon mərkəzinə məsafə təxminən 10-12 km.

 

Basta

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir