Azərbaycan Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yaradır

Bu gün yerli vaxtla saat 00:00-dan etibarən Azərbaycan tərəfi Qafan-Çakaten avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində nəzarət-buraxılış məntəqəsi yaradır.

 

Oxu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Məlumata görə, əgər yerli sakinlər Azərbaycanın nəzarət-buraxılış postundan keçmək istəməsə, onlar Qafana çatmaq üçün 7-8 kilometr əvəzinə 150 kilometr yol qət etməli olacaqlar.