Salyanda fermerlər bir ildir pullarını ala bilmir – Etiraz
Salyanda təsərrüfatçılar bir il əvvəl “Salyan Az Təsərrüfat” MMC-yə təhvil verdikləri məhsulların pulunu hələ də ala bilmirlər.
Bu barədə Müsavat fəalı Əziz Məmiyev bildirib. Onun sözlərinə görə, əsasən pambıq yetişdirən fermerlər maddi çətinlik içindədir və çəkdikləri zəhmətin qarşılığını ala bilməmələri ciddi narazılıq yaradıb.
“Bu zəhmətkeş insanların haqqını yemək olmaz. Camaatın zəhmətini basıb yeyiblər. Bəsdirin millətə zülm elədiniz”, – deyə Əziz Məmiyev bildirib.

