ABŞ Ermənistan və Azərbaycanı gərginliyi azaltmaq üçün “təcili konkret addımlar” atmağa çağırır

 

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı verdiyi bəyanatda bildirib ki, Ermənistan və Azərbaycan arasında intensiv döyüşlərin getdiyi barədə məlumatlardan “dərin narahatdır”.

 

“Biz hər iki tərəfi gərginliyi azaltmaq və daha da eskalasiyaya yol verməmək üçün dərhal konkret addımlar atmağa çağırırıq. Biz həmçinin tərəfləri sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə məşğul olmağa çağırırıq”, – bəyanatda deyilir.

 

“Biz Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlərdən narahatıq”, – katib daha sonra tvitində təkrarlayıb.

 

Minsk Qrupu həmsədrlərinin noyabrın 15-də bəyanatında qeyd edildiyi kimi, Ermənistan və Azərbaycan arasında gərginliyin artması “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır. “- Dövlət Departamenti bildirib.