İlham Əliyev Şarl Mişellə görüşüb
Çərşənbə axşamı günü Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirilib.
Bu gün Charles Michel həmçinin Ermənistan Baş naziri ilə görüşməlidir.
Avropa İttifaqı Şurasının saytında verilən məlumata görə, Ermənistan və Azərbaycan liderləri ilə ayrıca görüşdən sonra Charles Michel-in Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli formatda görüşü nəzərdə tutulub.
Görüşlər Brüsseldə “Şərq Tərəfdaşlığı” sammitindən bir gün əvvəl baş tutur.
“Şərq Tərəfdaşlığı” Aİ-nin altı tərəfdaşının – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın birgə təşəbbüsü əsasında yaradılmış əməkdaşlıq formatıdır.
Bu, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında son bir ay ərzində keçirilən ikinci görüş olacaq. Bundan əvvəl, noyabrın 26-da onlar Soçidə Vladimir Putininin iştirakı ilə baş tutan danışıqlara qatılıblar.
BBC