ManşetSiyasət

Müsavat Divanının gündəliyi

Oktyabrın 19-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.  İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı Bakıda və Şəkidə müsavatçıların  keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.

Ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin gərginləşməsindən ciddi narahatlıq ifadə olunub.  Qeyd edilib ki, hər iki ölkənin rəhbərliyi bu həssas məsələdə maksimum məsuliyyətli olmalı, gərginliyin aradan qalxması, iki qardaş dövlət arasında birlik və bərabərliyin inkişafı istiqamətində addımlar atmalıdırlar.

Dünyada baş verən hadisələr haqda fikir mübadiləsi aparılıb. Rusiyanın Ukraynada dinc əhalini hədəfə alması və mülki infrastruktura qarşı artan hücumları pislənilib. Təəssüflə qeyd edilib ki, qəhrəman Ukrayna xalqının beynəlxalq dəstəyə ehtiyacının artdığı indiki dövrdə Tramp administrasiyası bu dəstəyi məhdudlaşdırır, üstəlik Rusiyadan dizel yanacağı alınmasına qərar verməklə, Putin rejiminə bu işğalçı müharibəni davam etdirmək üçün şərait yaradır.

Sonda cari məsələlər müzakirə olunub.