Bakıda çörək və siqaret bahalaşdı

Bakının bir çox ərzaq mağazalarında “zavod” çörəyinin qiyməti  qalxıb vədaha da bahalaşması gözlənilir.

 

Satıcılar bahalaşmanı unun bahalaşması ilə əlaqələndirirlər.

 

Əgər əvvəllər 50 kiloqramlıq buğda ununun bir kisəsi 25 manata satılırdısa, son günlər bu məhsulun qiyməti 6-9 manat artıb.

 

Hələlik istehsalçılar köhnə qiymətlərlə aldığı undan çörək bişirir və buna görə də qiymətlər hələ də ciddi şəkildə artmayıb. Lakin yeni partiya un alındıqdan sonra qiymətləri xeyli artırmaq lazım gələcək.

 

Pərakəndə satış şəbəkəsində siqaretin bir qutusunun qiyməti 10 qəpik  bahalaşıb.

 

Qeyd edək ki, Nazirlər Kabineti idxal olunan məhsulların qiymətinin artmasının mənfi təsirini azaltmaq məqsədilə sentyabrın 16-da bu məhsulun istehsalçılarına subsidiyaların verilməsi haqqında qərarının müddətini uzatmışdı. Buna baxmayaraq, unun qiymətləri artıb.

 

Turan