Avropa İttifaqı Azərbaycana 2 milyard avro ayırdı

İqtisadi investisiya planı çərçivəsində Avropa İttifaqı (Aİ) Azərbaycana 2 milyard avro maliyyə paketi ayırıb.

 

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Avropanın qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheli deyib.

 

O, həmçinin Aİ-nin Azərbaycanda aparılan bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu bildirib.

 

Tərəflər regional təhlükəsizlik, enerji tərəfdaşlığı, iqtisadi əlaqələr, nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər.