Putin Donetsk və Luqanskın “müstəqilliyini” tanıdı
Rusiya prezidenti Vladimir Putin fevralın 21-i axşam saatlarında Rusiya vətəndaşlarına müraciətində Ukraynaya qarşı sərt çıxış edib.
Putin Ukraynanın dövlətçilik tarixinin Sovet Rusiyasının “ərazi hədiyyələri” sayəsində mümkün olduğunu iddia edib.
“Ukraynanı Vladimir İliç Lenin yaradıb. İndi onlar Leninin heykəllərini yığışdırırlar. Bunun adını dekommunizasiya qoyurlar. Dekomunizasiyasiya istəyirsiz? İndi biz sizə dekommunizasiyanın nə olduğunu göstərərik” – deyə, Putin Ukraynanın 10-cu əsrdən başlayan dövltçilik tarixini inkar edib.
20 ildir hakimiyyətdən əl çəkməyən, milyardlarla dəyəri olan imarətləri ifşa olunduğu üçün Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnını həbs etdirən Putin Ukrayna hakimiyyətini seçkini saxtalaçadırmaqda və korrupsiyada ittiham edib.
Çıxışın sonunda Putin Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan edib.
Çıxışdan sonra Putinin Donetsk və Luqanskın rəhbərləri ilə əməkdaşlıq sazişi imzaladığı barədə video nümayiş edilib.
Bu arada Rusiya birjasında görünməmiş çöküş müşahidə olunub. Dolların məzənnəsi 80 rubla yaxınlaşıb, avronun məzənnəsi isə 90 rublu ötüb.
Basta