Yoluxanların sayı azalmaqda davam edir
Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 144 fakt qeydə alınıb, 435 nəfər müalicə olunub, üç nəfər vəfat edib. Bu barədə cümə axşamı Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat verib.
Yoluxmuş şəxslərin ümumi sayı 33247 nəfərdir, sağalanlar 29275 nəfər, ölənlərin sayı isə 479 nəfərdir.. Sutka ərzində 7050 test, pandemiya dövründə isə 766179 test keçirilib.