“Ruslar taxılla dolu gəmiləri oğurlayıb”

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, rus işğalçıları talançılıq edir, oğurlanmış maddi nemətlər, avtomobilləri, məişət texnikasını və hətta ərzaq məhsullarını Rusiyaya daşıyırlar

 

“İşğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə yerli əhaliyə terror törətməkdə və talan etməkdə davam edirlər. Düşmən Rusiya Federasiyasına məişət texnikası, avtomobil texnikası, ərzaq və digər materiallar ixrac edir.

 

***

 

On minlərlə ton taxıl daşıyan beş gəmi Berdyansk dəniz limanından yoxa çıxıb. Şahidlərin dediyinə görə, onları Rusiya  gəmiləri yedəyə qoşaraq qaçırıb.

 

Bu haqda Zaporojyenin prefekti Oleksandr Starux “Ukrinform”a məlumat verib.

 

“Berdyansk limanında beş gəmi olub. Onların bəziləri tam, bəziləri qismən dolu olub. Bir neçə gün əvvəl bu gəmilər Berdyansk limanından yoxa çıxıb.  Onları rus  gəmiləri yedəyə qoşaraq harasa aparıblar. On minlərlə ton taxıl oğurlanıb”.

 

Qeyd edək ki, Berdyansk şəhəri Rusiya silahlı qüvvələri tərəfindən müvəqqəti işğal olunub.

 

Basta