Rusiya gəmisi vuruldu, silah və yanacaq ambarları məhv edildi – Video

Ukrayna Müdafiə Nazirliyi Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Orsk” desant gəmisinin Berdyansk limanında vurulduğunu açıqlayıb.

 

Nazirlikdən verilən açıqlamada Rusiyanın Qara dəniz donanmasına aid olan “Orsk” desant gəmisinin işğal altındakı Berdyansk limanında vurulduğu bildirilib.

 

Nazirlik tərəfindən paylaşılan fotoda gəmidə genişmiqyaslı yanğının başladığı görülüb.

 

Sosial şəbəkələrdə bir gəminin batdığını, daha ikisinin yandığını, onlarla yanaşı silah-sursat anbarının, yanacaq çənlərinin də sıradan çıxdığını yazırlar.

 

MN gəminin səhər saat 7-də məhv edildiyini bildirib.

 

Daha iki gəmi zədələnib, 3000 ton yanacaq çəni məhv edilib. Yanğın düşmənin sursat anbarına da keçib.

 

 

Basta