Müsavat “Sputnik Ermənistan”ın Azərbaycanda yayımının bloklanmasını tələb edir

Aprelin 18-də Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icra vəziyyəti, rayon təşkilatlarında keçirilən toplantılar və Müsavat Qadınlar Birliyinin hesabat-seçki iclası barədə məlumat dinlənilib.

 

Aprelin 17-də bir qrup Müsavat fəalının Ukraynanın Bakıdakı səfirliyinin binası önündə keçirdiyi dəstək aksiyası yüksək qiymətləndirilib.

 

Qarabağda və Azərbaycan-Ermənistan sərhədində son durum barədə fikir mübadiləsi aparılıb. Rusiyanın Ukraynada məğlub omasının bölgədə böyük geo-politik dəyişiklərə səbəb ola biləcəyi, Azərbaycanın buna hazır olmasının vacibliyi qeyd edilib.

 

Marqarita Simonyanın rəhbərlik etdiyi “Sputnik Ermənistan” agentliyinin Azərbaycan dövlətinə və xalqına qarşı davamlı əks-təbliğat aparması, o cümlədən “Artsax Ermənistandır” iddialarının manşetə daşınması, redaksiya adından yazılan bir çox xatırlatmalarda Azərbaycanın Şuşanı və digər əraziləri azad yox, “işğal” etməsi barədə qeydlər pislənilib.  Bunun qarşısını almaq üçün  Azərbaycan hakimiyyətindən ölkədə, bir sıra digər Ermənistan saytları kimi, “Sputnik”in də yayımının bloklanması və onun yerli redaksiyasının fəaliyyətinin qadağan olunması tələb edilib.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta