Moldova Rusiyanı Dnestryanıdan qoşunlarını çıxarmağa çağırdı

 

Moldova Rusiya qoşunlarının Dnestryanı ərazidən çıxarılmasını tələb edir. Bunu Moldovanın baş naziri Natalya Qavrilitsa deyib.

 

Moldova hökuməti başçısının sözlərinə görə, rəsmi Kişinyov BMT-yə arxalanaraq rus qoşunlarının ölkədən  çıxarılmasına nail olmaq istəyir. O,  separatçı qurumun  nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulduğunu da qeyd edib.

 

Qavrilitsanın sözlərinə görə, Moldova Dnestryanı münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Lakin Moldova hökumətinin başçısı vurğulayıb ki, Dnestryanı ərazilər  mövzusunun BMT-nin gündəliyində olması bu problemin dünya ictimaiyyəti üçün vacib mövzular siyahısında qaldığını göstərir.

 

Basta