Aleksiyeviç Lukaşenkoya: “Nə qədər gec deyil, çıx get!”
Nə qədər gec deyil, insanları dəhşətli bir uçuruma, vətəndaş müharibəsi uçurumuna atmadan, çıx get!
Bunu Nobel mükafatı laureatı, yazıçı Svetlana Aleksiyeviç Azadlıq Radiosunun Belarus xidmətinə verdiyi müsahibədə “prezident Lukaşenkoya sözünüz varmı” sualına cavab olaraq deyib.
“Heç kim Maydan istəmir, heç kim qan istəmir. Yalnız sən hakimiyyət istəyirsən və sənin bu arzun qan tələb edir” – deyə, Aleksiyeviç bildirib.
“Məncə, hakimiyyət öz xalqına müharibə elan edib. Cəmiyyətin gözümüzün önündə radikallaşdığını görürəm. Çünki, “OMON”un bu davranış tərzini təsəvvür belə edə bilməzdik… Bunun başqa ölkələrdə necə baş verdiyini görürdük, ancaq indi bizdə baş verənlər, kiçik bir uşağın olduğu bir avtomobilə atəş açılması, onun qan içində boğulması, hamilə qadının döyülməsi, məhbusların dizlər arasında boğulması – bunlar Amerikada qaradərili əhalinin etiraz etdiyi zorakılqlara bənzəyir. Və bu gün insanları həbs edirlər, küçədə tuturlar. Saxlanılanlar yemək və su olmadan idman salonlarında otururlar. Ən əsası, bunlar tamamilə dinc insanlardılar” – deyə, yazıçı Belarusdakı repressiyalara etirazını bildirib.
Belarusda avqustun 9-da keçirilən prezident seçkilər kütləvi saxtakarlıq haqda məlumatlarla müşayiət olunub. Seçkidən sonra başlanan etirazlar zorakılıqla dağıdılıb, ölkədə kütləvi həbslər başlayıb.
Basta