Deputatın Fərəc Kərimliyə qarşı ittihamlarına Müsavatdan cavab

Bütün dünya Putini, Buça qatillərini mühakimə etməyə hazırlaşırkən Azərbaycanın saxta parlamentinin Bəhruz adlı saxta deputatı Müsavat başqanının müavini, Qarabağ fatehi Fərəc Kərimlinin Ukraynadakı fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsi ehtimallarından danışır.

 

Sifariş birbaşa Rusiyadanmı, yoxsa Rusiyanın burada, hakimiyyətdə olan 5-ci kolon nümayəndələrindənmi gəldi bu hələ aydınlaşdırılmalı məsələdir.

 

Amma, susqun “deputatın” birdən-birə Fərəc Kərimlinin Ukraynadakı fəaliyyətinə münasibət bildirməsinin sifariş olmasına, özü də dost olmayan dövlət tərəfindən sifariş olunmasına heç bir şübhə yoxdur.

 

Fərəc Kərimlinin Ukraynaya səfəri siyasi xarakter daşıyır. Onun Ukrayna parlamentinin üzvləri. Krımtatar xalqının lideri Mustafa Cəmiloğlu, Rufat Çubarov və digər Ukrayna siyasi xadimləri ilə görüşləri, Ukrayna xalqının haqqlı mübarizəsinə siyasi dəstək verməsi, beynəlxalq hüquq normalarına, ədalət prinsiplərinə Ukrayna və Azərbaycanın milli mənafelərinə xidmət edir.

Əgər Boris Consonun Kiyevə səfəri cinayərdirsə, Fərəc Kərimlinin də Kiyevə səfəri cinayətdir.

 

Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

 

Basta