Fəhmin Hacıyev: “Arif Hacılının Avropaya, Fərəc Kərimlinin isə Ukraynaya dəvət olunması hakimiyyəti narahat edib”
“Musavat Partiyasının başqan yardımçısı Fərəc Kərimlinin Ukraynaya səfəri hakimiyyətin müxtəlif ranqlı “fiqaro” larını yaman narahat edib.”
Bunu Daxili Qoşunların sabiq komandanı, hazırda Ukraynada olan Fəhmin Hacıyev özünün feysbuk səhifəsində yazıb.
“Bir tərəfdən Başqan Arif Hacılı Avropada toplantı və görüşmələrə qatılmaq üçün dəvətlər alır, Fərəc Kərimli isə sivil dünyanın diqqət mərkəzində olan Kiyevə dəvətlə gəlir.
Despotların trollarını qorxudan mənzərədir. Qorxmayın!!
Yeni dəyişiklik demokratik, hüquqa əsaslanan , xalqın xeyirinə və ürəyincə olacaq! Sizlərə isə indidən barış yönlü olmağı təklif edirəm” – deyə, Fəhmin Hacıyev vurğulayıb.
Basta