GündəmManşet

Əlizamin Salayev yenidən həbs edildi

AXCP-nin Salyan rayon şöbəsinin sədri Əlizamin Salayevə 30 sutka həbs cəzası verilib.

Bu barədə AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat yayıb.

Əlizamin Salayevin oğlu Oktay Salayev sosial media hesabında atasının Salyan Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığını bildirib:

“Salyan Rayon Polis Şöbəsində atama qarşı Nəzər Əskərov tərəfindən zor tətbiq olunur. Yüksək mənbədən aldığım məlumata görə, atamın vəziyyəti çox pisdir. Onun yanına iki dəfə Təcili Tibbi Yardım briqadası gəlib. Görünən odur ki, sifariş yuxarıdan gəlsə də, Nəzər şəxsən özü işgəncə verərək qisas alır. İlham Əliyevin girovluğundan 27 gündür çıxan atamı yenə də rahat buraxmırlar. Atamı taksi ilə aparan və yanında olan Salyan rayon sakini Rövşən Bağırovdan da heç bir xəbər yoxdur”.

AXCP-nin Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev 2023-cü il fevralın 7-də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq) ilə ittiham olunurdu.

Salayev Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, avqustun 7-də həbs müddətini başa vuraraq azadlığa çıxmışdı.

Meydan TV