Ukrayna ordusu Severodonetsk şəhərinin bir neçə küçəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Severodonetskin bir neçə küçəsini işğaldan azad edib.

Bu haqda “Ukrainskaya pravda” Luqansk Vilayət Dövlət Administrasiyasının rəhbəri Serqey Qaydaya istinadən məlumat yayıb.

“Rusiya ordusu bir neçə istiqamətdə – Zolote, Popasnı, Kamışevaxi, Beloqorovka tərəfdən Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışır.

Onlar Severodonetsk  Şəhərinin çox hissəsinə nəzarət edirlər. Dünən bizim uşaqlar əks-hücumlar keçirdilər, şəhərin bir neçə küçəsində düşməni geri oturda bildik”.

 

Xatırladaq ki, Rusiya ordusu Luqansk vilayətinin Severodonetsk şəhərinin ərazisinin 80%-ni işğal edib. Lakin ukraynalı müdafiəçilər bir sıra əks-hücumlar həyata keçirib və altı rus hərçisini əsir götürüblər.

 

Basta