Vəkillərdən hələ də koronavirus testi tələb olunur – Nemət Kərimlidən etiraz
Vəkil Nemət Kərimli istintaq təcridxanalarında vəkillərə qarşı yaradılan maneələrə etirazını bildirib.
“Pandemiyanın ən ağır vaxtlarında vəkillər, müstəntiqlər rahat şəkildə istintaq təcridxanalarına daxil olurdular. İndi dünyanın hər yerində, o cümlədən Azərbaycanda qadağaların böyük hissəsi aradan qaldırıldığı halda, təxminən 7-8 aydır ki, vəkillər və müstəntiqlər təcridxanaya daxil olmaq üçün test verməlidirlər” – deyə, Nemət Kərimli özünün feysbuk səhifəsində yazıb. O, bildirib ki, koronavirus testinin bir cavabı növbəti gün verilir, yalnız bundan sonra təcridxanaya daxil olmaq mümkün olur.
“Bunun bir səbəbi var; korrupsiya. Özəl müəssisələrdə testin qiyməti 60 manat civarındadır, yəqin ki, hər test üçün bu qədər dövlət büdcəsindən pul silirlər və adını da qoyurlar dustaqların qayğısına qalmaq” – deyə, Nemət Kərimli problemin səbəbini izah edib.
Basta