Ukraynada iki amerikalı könüllü əsir götürülüb
“The Daily Telegraph” öz mənbələrinə istinadən yazır ki, Ukrayna tərəfində döyüşən ABŞ vətəndaşları Aleksandr Dryuk və Endi Huyn Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.
Mənbələrin nəşrə verdiyi məlumata görə, Dryuk və Huyn iyunun əvvəlində Xarkovdan şimal-şərqdə gedən şiddətli döyüşlərdən birində iştirak ediblər.
The Daily Telegraph qəzetinin həmsöhbətlərindən biri hadisəni belə təsvir edib: “Ruslar iki T72 tankı, bir neçə piyada döyüş maşını və 100-ə yaxın əsgərlə bizə hücum etdilər. Bizim isə cəmi 10 nəfərlik komandamız idi”.
Onun sözlərinə görə, Dryuk və Huyn qumbaraatanla piyada döyüş maşınlarından birini sıradan çıxarıblar, lakin bu, tank heyətinin diqqətini çəkib və onların istiqamətində atəş açıb. Sonra bu tank Ukrayna hərbçiləri tərəfindən qoyulmuş minaya düşüb. Bundan sonra amerikalıları görən opmayıb.
Nəşrin həmsöhbəti ehtimal edib ki, Dryuk və Huyn ya mina işə düşəndə, ya da tankdan onlara atəş açanda huşlarını itiriblər, bundan sonra rus hərbçiləri onları əsir götürüblər aparıblar.
“The Daily Telegraph”ın mənbələri vurğulayır ki, Ukrayna hərbçiləri itkin düşən amerikalıların axtarışını təşkil edib, lakin onlardan heç bir iz tapmayıb. Sonra Rusiyada Teleqram kanallardan birində, Xarkov yaxınlığında əsir götürülən iki amerikalı haqqında xəbər yayılıb.
Alabamadan olan 39 yaşlı Alexandr Dryuk əvvəllər ABŞ Dəniz Piyadaları Korpusunda olub və qohumları ABŞ səfirliyinin onun itkin düşməsindən xəbərdar olduğunu və onun sağ olduğuna inandığını bildirib. 27 yaşlı Endi Huyn də əvvəllər Dəniz Piyadaları Korpusunda xidmət edib. Huynin Alabama ştatında yaşadığı sevgilisi bildirib ki, iyunun 13-də həmkarları onunla əlaqə saxlayıb və başına gələnləri danışıblar.
ABŞ Dövlət Departamentinin nümayəndələri bildiriblər ki, onlar Ukraynada əsir götürülən iki amerikalı ilə bağlı məlumatları yoxlayır və Ukrayna hakimiyyəti ilə daim əlaqə saxlayırlar.
Basta