Özbəkistan: Qaraqalpaqıstanda toqquşmalarda minlərlə insan yaralanıb

Özbəkistanın tərkibindəki muxtar respublika olan Qaraqalpaqıstan vilayətinin səlahiyyətliləri bildiriblər ki, Cümə günü baş verən toqquşmalardan sonra minlərlə insan xəstəxanalarda müalicə olunur.

Bölgəninin səhiyyə naziri Qaraqalpaqıstanın paytaxtı Nukusda xəstəxanaların dolu olduğunu deyib.

Regionun Özbəkistandan ayrılmaq hüququnu geri almaq planlarına etiraz edən fəallar ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev elan edib ki, etirazçıların planları həyata keçirilməyəcək.

Bununla belə, regional nümayəndələrlə görüşən Özbəkistan lideri ölkədə sabitliyi pozmağa çalışan pis niyyətli qüvvələri günahlandırıb.

Şavkat Mirziyoyev həmçinin, fəalları silah əldə etmək üçün yerli hökumət binalarını ələ keçirməyə cəhd etməkdə ittiham edib.

Özbəkistanda etirazlar

Özbəkistan keçmiş Sovet respublikalarının ən repressiv hökumətlərindən biri kimi tanınır.

32 milyon əhalisi olan Özbəkistanda iki milyona yaxın insan Aral dənizi yaxınlığında, əksər əraziləri səhra olan Qaraqalpaqıstanda yaşayır.

Bölgədə fövqəladə vəziyyət elan edildikdən sonra polis və ordunun paytaxt Nukusun küçələrində patrul həyata keçirdiyi bildirilir.

Mühacirətdə olan müxalif siyasətçi Pulan Ahunov bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar insanlardan tam məlumat ala bilmirlər.

Müxalifətdə olan Birlik Partiyasının lideri Ahunov vəziyyətin öz dillərində danışan azlıq olan özbəklər və qaraqalpaqlar arasında etnik münaqişəyə çevriləcəyindən ehtiyat etdiyini bildirib.

İsveçdə yaşayan Ahunov, “Bir çox yerlərdə hələ də nümayişlər davam edir. Ümumi vəziyyət sakitləşməyə başlayıb, amma başqa təhlükə var. Qaraqalpaqlarla özbəklər arasında qarşıdurma. Vəziyyət tamamilə nəzarətdən çıxa bilər” deyib.

BBC