Müsavat Divanının gündəliyi
İyulun 18-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda əvvəlcə Məclisin son sessiyasının nəticələri müzakirə olunub.
Yasamal və Xətai rayon təşkilatlarının hesabat-seçki yığıncaqları barədə məlumat dinlənilib.
Partiya başqanı Arif Hacılı Fransanın Bakıdakı səfirliyində Bastiliyanın alınmasının ildönümü ilə bağlı keçirilən tədbir barədə məlumat verib.
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının növbəti raundu barədə fikir mübadiləsi aparılıb, bu prosesin vasitəçilərsiz davam etdirilməsinin ölkəmizin maraqlarına uyğun olduğu vurğulanıb.
Sonda cari məsələlər müzakirə edilib.
Basta