Aİ rəsmisi müxalifətlə görüşdü

“Siyasi partiya rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri David McAllisterin başçılıq etdiyi nümayəndə heyyəti ilə görüşdük”.

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

O, qeyd edib ki, görüşdə ötən gün Avropa İttifaqı və Azərbaycan arasında imzalanan memorandum, Azərbaycan Aİ münasibətləri, Qarabağ nizamlanması, Azərbaycanda insan haqları, demokratiya sahəsində problemlər, siyasi məhbuslar və digər mövzularda ətraflı müzakirə aparıb.

 

Basta