İki jurnalistin həbsi ABŞ–Azərbaycan münasibətlərini gərir
Co Bayden administrasiyası dövründə ABŞ ilə Azərbaycanın gərginləşən münasibətləri son bir ildə xeyli yaxşılaşıb. Ancaq ABŞ media qurumları ilə əməkdaşlıq etmiş iki jurnalistin həbsdə saxlanması münasibətlərdə ciddi gərginlik mənbəyi olaraq qalır. Bunu “Washington Examiner” yazır.
“Washington Examiner” yazır ki, həbsdəki jurnalistlər arasında ABŞ media qurumları ilə işləmiş 32 yaşlı Ülviyyə (Əli) Quliyeva və 31 yaşlı Fərid Mehralızadə Vaşinqtonun diqqət mərkəzindədir.
Ü.Əli “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. O, 2025-ci il mayın 7-də “MeydanTV işi” bağlı saxlanılıb. Özü ittihamları rədd edir və peşə fəaliyyətinə görə hədəf alındığını bildirir.
AzadlıqRadiosunun Azərbaycan xidmətinin əməkdaşı, iqtisadçı F.Mehrəlizadə 2024-cü il mayın 30-da saxlanılıb. O, xarici valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və sənəd saxtakarlığında təqsirli bilinərək 9 il həbsə məhkum edilib.
AzadliqRadiosu

