Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub

Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.

Şəhid əsgər Anar Kazımov doğulduğu Şəmkir rayonunun Qaracəmirli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Oxu.az