Arif Hacılı: “Qanunu dəyişməklə siyasi partiyalara əlavə problemlər yaratmaq istəyirlər”

“Bu hakimiyyətin dövründə konstitusiya və qanunlara edilən dəyişiklər həmişə mürtəce xarakter daşıyıb. Demokratik hüquq və azadlıqların məhdudlaşmasına, avtoritar idarəçiliyin möhkəmlənməsinə yönəlib”.

Bunu Siyasi partiyalar haqqında qanuna gözlənilən dəyişikliklərə münasibət bildirərkən Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib. 

“Əslində əgər hakimiyyət tərəfindən riayət olunsa, indi mövcud olan qanun siyasi partiyaların normal fəaliyyəti üçün yetərli olan qanundur. Şübhə etmirəm ki, hakimiyyətin yeni qanun təşəbbüsü gerçək müxalifət partiyalarının fəaliyyətini daha da çətinləşdirmək, bu partiyalar üçün əlavə problemlər yaratmaq niyyəti ilə bağlıdır” – deyə Arif Hacılı vurğulayıb.

“Qanun layihəsini təqdim etmədən qanuna əlavə və dəyişikliklər təklifilərinin verilməsi üçün müraciət edilir. Bu o deməkdir ki, antidemokratik bir qanun layihəsi müzakirəyə çıxarılaraq və qısa müddətdə qəbul olunacaq. Müzakirələrə vaxt verilməməsi də əvvəlcədən müzakirə üçün yetərli vaxt ayrılması ilə izah ediləcək” – deyə, Müsavat başqanı əlavə edib.

Basta