Elçibəy anıldı

Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 22 il keçir.

 

Bu gün Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvü Elçibəyin məzarını ziyarət edib. Elçibəyin məzarına gül dəstələri qoyulub, ruhuna dua oxunub. Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Məclis sədri Nüşabə Sadıxlı çıxış edərək, milli-azadlıq hərəkatında Elçibəyin rolu və xidmətləri haqda danışıblar. Tədbir Azərbaycan himninin oxunması ilə başa çatıb.