Rusiya desantının yerləşdiyi otel vuruldu – 200 ölü
Luqansk vilayətində işğal altında olan Kadiyevka rayonunda Ukrayna aviasiyası işğalçıların “Donbass” otelindəki bazasına zərbələr endirərək 200-ə yaxın rus desantını məhv edib.
Bu haqda Luqansk vilayət administrasiyasının rəhbəri Serhiy Qaydaya istinadən Ukrayna mediası məlumat yayıb.
“Luqansk vilayətinin müvəqqəti işğal olunmuş Kadiyevkasında (keçmiş Staxanov) Ukrayna əsgərləri rusların Donbass mehmanxanasında təchiz etdikləri bazanı məhv etdilər. Rusiya Federasiyasının 200 hərbi hava desant qrupu məhv edildi”.
Təfərrüatlar: Qayday Rusiya desantlarının 2014-cü ildən bu oteldə yerləşdiyini qeyd edib.
Ukrainskaya pravda