Təbrizdə İran bayrağı yandırıldı – VİDEO

İranın başqa şəhərləri ilə yanaşı Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları gecə saatlarında da davam edir.

Təbriz, Zəncan, Mərəndlə yanaşı Urmu və Ərdəbil şəhərlərində də narazı kütlə mərkəzi küçələrdə hökumət əleyhinə şüarlar səsləndirirlər.

Etirazçıların bir neçə küçədə aksiya keçirdiyi üçün hökumət qüvvvələrinin də qruplara bölündüyü və aksiyaçıları təqib etdikləri bildiririlir.

 

Sentyabrın 21-i axşam saatlarında Təbrizdə keçirilən etiraz aksiyalarında  İran bayrağı yandırılıb.
Günaz. TV-nin məlumatına görə, narazılar bu bayrağı molla hakimiyyətinin və zülmün simvolu adlandırıb, onu İranda yaşayan xalqların bayrağı kimi qəbul etmədiklərini bildirirlər.

 

Gunaz TV