Təbrizdə etirazlar – Güllə və partlayış səsləri – VİDEO

Ötən gecə Təbrizdə etiraz aksiyaları davam edib.

Şhərin Rüşdiyyə məhəlləsində güllə səsləri eşidilib. Sosial şəbəkədə yayılan videoda xüsusi təyinatlıların etirazçıları dağıtmaq üçün atəş açdığı, partlayıcı maddə və gözyaşardıcı qazdan istifadə etdiyi görünür.

Son günlər bu bölgədə aksiyaların olduğuna görə, hökumət qüvvələrinin önləyici tədbirlər aldığı və vətəndaşları vahimələndirmək üçün atəş açdıqları da ehtimal edilir.

Bundan öncə adı çəkilən məhəlləyə polis və xüsusi təyinatlılara məxsus zirehli texnikanın yeridildiyi bildirilmişdi.

 

Gunaz TV