Təşkilat ölkənin 16 əyalətində onlarla dinc aksiyaçının güllələndiyi barədə son məlumatı paylaşıb.
İran İnsan Haqları Təşkilatı İranda davam edən etiraz aksiyaları zamanı 16 əyalətdə 83 nəfərin hökumət qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həyatlarını itirdiyini bildirib.
Dinc aksiyaçılara qarşı odlu silahlardan istifadə edilməsini bəşəriyyətə qarşı cinayət adlandıran İran İnsan Haqları Təşkilatı beynəlxalq qurumların və dünya ictimaiyyətinin buna reaksiya verməsini istəyib.Təşkilatın məlumatında Mazəndəran əyalətində 26 nəfər, Gilan 11, Qərbi Azərbaycan 11, Kirmanşah 6, Kürdüstan 6, Əlborz 5, Tehran 4, Kohgiluyə və Boyerəhməd 2, İsfahan 2, Xorasan-i Rəzəvi 2, Zəncan 2, Qəzvin 2, Şərqi Azərbaycan 1, Simnan 1, İlam 1 və Buşehrdə 1 nəfərin güllələnərək öldürüldüyünü qeyd edilib. Günaz.TV