Paşinyan Azərbaycana qarşı ərazi iddiasından imtina etdi: “Ermənistanın ərazisi 29 800 kvadrat kilometrdir”
“Ermənistan Respublikası 29800 kvadrat kilometrdir. Mən niyə 29800 kvadrat kilometr deyirəm, ona görə ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədi 29800 kvadrat kilometrdir”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan yerli mətbuata müsahibəsində deyib.
“İndi bu açıqlamadan sonra niyə kimsə, məsələn, mənə satqın desin, bunu deyən kimdir? Ermənistan Respublikasının ərazisinin əslində 300.000 kvadrat kilometr olduğuna inanan və biz 300.000 kvadrat kilometrə çatana qədər heç bir sərhəd tanımamalıyıq deyən kimdir? Ola bilsin ki, kimsə düşünür ki, bu, məsələn, “Dənizdən-dənizə Ermənistan” ideyasından imtinadır və ona görə də bu, xəyanətdir” – deyə, Paşinyan vurğulayıb.
Paşinyanın sözlərinə görə, sülh müqaviləsi Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanmalıdır.
“Əgər Azərbaycan MDB-nin yaradılması haqqında 18 dekabr 1991-ci il tarixli saziş əsasında ərazi bütövlüyümüzü tanıyarsa, biz bu əsasda ərazi bütövlüyünün qarşılıqlı tanınmasını qəbul etməyə hazırıq. Bu, sülh sazişinin tərkib hissəsidir”, – deyə o bildirib.
Basta