Ərdoğan Paşinyanla görüşüb
Regionumuzda yaxşı qonşuluq sayəsində tam normallaşma hədəfimizə çata biləcəyimizə inanıram.
Modern.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada jurnalistlərə açıqlamasında bildirib.
Türkiyə lideri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən danışaraq deyib ki, xüsusi nümayəndələr vasitəsilə danışıqlar davam etdirilir:
“İnanıram ki, mehriban qonşuluq münasibətləri əsasında bölgədə tam normallaşma məqsədinə nail ola bilərik”.
Ərdoğan, həmçinin Avropa Siyasi Birliyi Toplantısının həmrəylik və əməkdaşlıq üçün önəmli platforma olduğunu vurğulayıb.
Rəsmi Yerevanın yaydığı məlumatda isə bildirilir ki, görüşdə iki ölkənin xüsusi nümayəndələri arasında aparılan müzakirələr nəticəsində əldə olunmuş razılaşmaların tezliklə həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Söhbət üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasından, Ermənistanla Türkiyə arasında birbaşa hava yük daşımalarının həyata keçirilməsindən gedir.