Krım körpüsündə partlayış: iki avtomobil aşırımı qismən çöküb

Krım yarımadası ilə Rusiyanı birləşdirən yeganə körpüdə “avtomobilin partladılması” ardınca başlayan yanğın söndürülüb. Bu barədə Rusiya Fövqəladə Nazirliyinin məlumatında bildirilir.

Şənbə günü yayılan görüntülərdə Kerç boğazından keçən dəmir yolu körpüsündə yanğını və ona bitişik avtomobil xəttinin qismən çökdüyünü görmək olar.

Yanğınla bağlı ilk xəbərlər Moskva vaxtı ilə səhər saat altıya yaxın yayılmağa başlayıb. Daha sonra Rusiya Milli Antiterror Komitəsi bəyan edib ki, Krım körpüsündə yük maşını partladılıb və nəticədə dəmir yolundakı qatarın yeddi yanacaq çənində yanğın başlayıb.

Krım körpüsünün Rusiyanın hərbi təchizatına hücum edən Ukrayna qüvvələri üçün hədəf olduğu bildirilir.

Hadisəni Ukrayna Prezident aparatı rəhbərinin müşaviri öz Twitter səhifəsində şərh edib. “Krım, körpüsü, başlanğıc. Qanunsuz hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalı, Rusiya işğal etdiyi hər yerdən çıxarılmalıdır”,- Mixail Podolyakın tvitində deyilir.

Yanğına böyük bir ehtimalla, havadan endirilən raket zərbəsi səbəb olmayıb, buna “yol səthində” dağıntılar əlamətlərinin olmaması dəlalət edir. Bu barədə BBC-yə danışan partlayıcı maddələr üzrə ekspert deyib.

Məlumata görə, hadisə nəticəsində körpünün iki avtomobil aşırımı qismən çöksə də, gəmi-keçid hissəsinin üzərindəki tağ zədələnməyib.

Körpü

Rusiya Prezidenti Vladimir Putin körpüdəki “fövqəladə vəziyyətlə” bağlı məlumatlandırılıb və araşdırmanın aparılmasına dair göstəriş verib. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Krım rəhbərinin müavini bildirib ki, yanğının söndürülməsi ilə bağlı işlər yekunlaşıb. Lakin nəqliyyatın hərəkəti bərpa olunmayıb.

Kerç boğazı üzərindən keçən körpü, Krımın qanunsuz ilhaq edilməsindən dörd il sonra, 2018-ci ildə açılıb. Hazırda bu körpüdən Ukraynaya hərbi texnikanın daşınması üçün istifadə edilir (BBC).

***

Krım körpüsü yanır

Krım körpüsünün dəmir yolu xəttində güclü yanğın baş verib.

Bu haqda RİA Novosti, Krım rəsmilərinə istinadən məlumat yayıb.

Körpüdə partlayışdan sonra güclü yanğın olduğu, yolun bağlandığı və insanların körpüyə buraxılmadığı bildirilir.

Bildirilir ki, körpüdə yanacaq çəni yanıb.

Qeyd edək ki, Rusiya bu körpü vasitəsilə Ukraynanın cənubundakı ordusunu silah-sursat və yanacaqla təmin edir.

Basta