Məhkəmədə Tofiq Yaqublunun halı pisləşib
Avqustun 21-də Nizami rayon məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə proses davam edib.
O, iclasın əvvəlində hakim Nəriman Mehdiyevə yaxınlarının, jurnalistlərin və AXCP lideri Əli Kərimlinin zala buraxılması tələbi ilə müraciət edib. Amma hakim bu tələbi Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar insanların bir yerə toplaşmasının yolerilməz olması bəhanəsi ilə təmin etməyib. Bu, Yaqublunu qəzəbinə səbəb olub, o deyib ki, Nazirlər Kabinetinin qərarının Konstitusiyadan üstün ola bilməz.
Daha sonra məhkəmədə şahid qismində yol polisi müfəttişi Malik Manafov dildirilib. O, müdafiə tərəfin YNH ilə bağlı suallarına cavab verə bilməyib. Müfəttiş vəkillərin xahişinə cavab olaraq mobil telefon nömrəsini söyləyə bilməyib.
Bu, mobil rabitə operatorundan insident günü YNH yerində polis əməkdaşının olub-olmadığını yoxlamaq məqsədilə müdafiə tərəfin üçün vacib idi.
Şahidin hərəkətlərinə qəzəblənən Tofiq Yaqublunun vəziyyəti pisləşib və proses avqustun 25-nə qədər təxirə salınıb.
* Martın 22-də Tofiq Yaqublunun içində olduğu park edilmiş avtomobilə sükanı arxasında vətəndaş Elxan Cəbrayılovun oturduğu avtomobil vurub. Bundan sonra Cəbrayılov Yaqublu ilə dalaşmağa başlayıb, qəzada onu ittiham edib.
Nizami rayon polisi CM-in 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.
Yaqublu özü və həmkarları baş verənləri sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görəmüxalifətçini mühakimə etmək məqsədilə törədilmiş təxribat adlandırıblar. Beynəlxalq hüquq müdafiə təşkilatları Yaqublunun həbsini qınayıblar.
Yaqublu 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrik etmə ittihamı ilə üç il müddətinə həbs edilmişdi.
O, 2019-cu il noyabrın 19-da da Milli Şuranın icazəsiz etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilmişdi və polis bölməsində işgəncələrə məruz qalmışdı.