İranda öldürülən və həbs edlən etirazçıların sayı açılanıb

İran İnsan Haqları Təşkilatı oktyabrın 30-a yaydığı məlumatda 17 sentyabrdan 29 oktyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 44-u uşaq olmaqla 283 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 14052 nəfərin saxlanıldığı və onlardan 1077-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.

Həmçinin bu müddət ərzində 132 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 122 universitetin tələbələri bu nümayişləri dəstəkləyiblər.

Gunaz.tv