Müsavatın mətbuat katibi “səhvən” saxlanılıb
Bu gün günorta saat 12-də Müsavat Partiyasının mətbuat katibi, “Basta” portalının baş redaktoru Mustafa Hacıbəyli evinin qarşısında polis tərəfindən saxlanılıb və Bakının Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılıb.
“Mülki geyimli iki nəfər yaşayış evinin blokunun qarşısında məni gözləyirdi, dedilər ki, polis rəisi məni dəvət edir, onun yanına getməliyik”, deyə Hacıbəyli Turan Agentliyinə bildirib.
Rəis Cavid İsmayılzadənin kabinetində görüş iştirakçıları salamlaşıblar. Bundan sonra İsmayılzadə kapitana Hacıbəylini evinə qaytarmağı əmr edib.
“Polis bölməsində mənimlə nəzakətli davranıblar, bununla belə, mənim saxlanılmağım qanun pozuntusu və mənə qarşı təzyiqdir. Bu gün onlarla müxalifətçi polis bölməsinə aparılıb. Düşünürəm ki, bu, Xalq Cəbhəsi Partiyasının bu gün, Müsavat Partiyasının isə noyabrın 15-də nəzərdə tutulan aksiyaları ilə bağlıdır. Müxalifətçilərə psixoloji təzyiq göstərilir ki, onlar etiraz aksiyalarında iştirak etməsinlər”, Hacıbəyli belə hesab edir.
Onun sözlərinə görə, bu gün DİN-in mətbuat xidməti şöbəsinin rəisi Elşad Hacıyev ona zəng edib və onun “səhvən” saxlanıldığını bildirib.
E.Hacıyev Turan-ın sualına cavabda Hacızadənnin səhvən saxlanıldığını və sərbəst buraxıldığını təsdiq edib. DİN nümayəndəsi Hacıbəylinin digər müxalifətçilərin nəzərdə tutulan mitinqlərlə əlaqədar saxlanılması haqqında sözlərini təsdiq etməyib.
Turan