Müsavatın İran səfirliyi qarşısında aksiyası dağıdılıb
Müsavat Partiyasının fəallarının bu gün İranın Bakıdakı səfirliyinin binası qarşısında keçirdikləri etiraz aksiyası polis tərəfindən dağıdılıb.
Aksiya İranda dinc etirazların yatırılmasına, bu ölkədəki etnik azərbaycanlıların milli və mədəni hüquqlarının pozulmasına, habelə son zamanlar Tehran rejimi tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və milli təhlükəsizliyinə qarşı təhdidlərin artmasına etiraz əlaməti olaraq keçirilirdi.
Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq verməyib.
Bununla belə, partiya dinc nümayiş keçirmək qərarı qəbul edib.
Aksiya çərşənbə axşamı saat 15.00-a təyin edilib. Amma polis qüvvələri əvvəlcədən səfirlik binasına gedən bütün yolları bağlayıb. Bir sıra partiya fəalı, o cümlədən Qədim Soltan,
Saat 15.00 radələrində polis Mirzə Fətəli Axundov bağının yanında fəalları saxlamağa başlayıb.
“Azadlıq, ədalət, milli hökumət!”, “Rədd olsun molla rejimi” və s. şüarlar səsləndirilib.
Onlarla insan saxlanılıb, xəsarət alanlar var.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi önündə 15 noyabr 2022-ci il tarixdə Müsavat Partiyasının təşəbbüsü ilə keçirilən etiraz aksiyasının
Q Ə T N A M Ə S İ
İran İslam Respublikasının Azərbaycana qarşı təhdidləri getdikcə artmaqdadır. Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlanmasına 30 ildən artıq müddətdə adekvat reaksiya verməyən rəsmi Tehran indi açıq şəkildə Ermənistanın müdafiəçisi kimi çıxış edir. İranın Azərbaycan sərhədinə yaxın ərazidə keçirdiyi hərbi təlimlər, ayrı-ayrı dövlət qurumlarının və məmurların təhdidləri ölkəmizə qarşı bədxah münasibətin açıq müstəviyə keçməsinin bariz sübutudur.
Tehran rejiminin insan haqları və beynəlxalq hüquqa zidd olan avtoritar idarəçiliyi artıq iki aya yaxındır bu ölkənin özündə belə səngiməyən kütləvi etirazlara səbəb olub. İran hakimiyyəti etirazçıların haqlı tələblərini yerinə yetirmək əvəzinə, bütün ölkə boyunca zorakılığa və kütləvi repressiyalara rəvac verib. Etirazlar başlayandıqdan sonra minlərlə fəal həbs edilib, edam hökmləri çıxarılıb, 200-dən artıq dinc nümayiş iştirakçısı, o cümlədən uşaqlar və yeniyetmələr hökümət qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Rəsmi Tehran həmçinin Rusiyaya Pilotsuz Uçan Aparatlar və ballistik raketlər verməklə, rəsmi Moskvanın Ukraynaya qarşı hərbi cinayətlərinə şərik olmaqdadır.
Biz, İranın Azərbaycandakı səfirliyi önündə keçirilən aksiyanın iştirakçıları:
-Rəsmi Tehranın Azərbayacana qarşı təhdidlərinə son qoyulmasını;
-İranda etirazçılara qarşı qəddar davranışların durdurulmasını, etirazçıların tələblərinin yerinə yetirilməsini, bütün siyasi məhbusların dərhal azad edilməsini;
-İranda yaşayan soydaşlarımızın hüquqlarının tapdalanmasına son qoyulmasını tələb edirik.
Biz, beynəlxalq birliyi İranda öz azadlıqları uğrunda mübarizə aparan xalqa real dəstək verməyə, avtoritar rejimin aradan qaldırılması üçün təsirli tədbirlər görməyə çağırırıq.