“Yerevan ilə Bakı arasında sülh sazişinin yalnız bir maddəsi ilə bağlı razılıq əldə edilib”
Yerevan ilə Bakı arasında sülh müqaviləsinin yalnız bir bəndi ilə bağlı razılıq əldə olundu. Bu, Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulmasıdır.
Bunu dekabrın 9-da Ermənistan parlamentinin növbədənkənar iclasında ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O, qeyd edib ki, “sülh müqaviləsi”nin mətni üç dəfə redaktə olunub. Hazırda Ermənistan tərəfi bunun üzərində işləyir: “Sülh sazişinin bütün digər bəndləri üzrə dəqiq razılıq yoxdur”.
Ermənistan mediyasının məlumatına görə, Qriqoryan qeyd edib ki, “Dağlıq Qarabağ problemi”, sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, eləcə də humanitar məsələlərlə bağlı müzakirələr davam edir.
Basta