Qaragözə həbs cəzası verildi

Təbrizli gənc fəal Maidə Qaragöz İnqilab Məhkəməsinin 1-ci bölməsi tərəfindən “sosial mediada hökumətə qarşı təbliat”-da ittiham edilib.

Gənc fəal 16 ay həbs, 8 milyon tümən pul cəzasına məhkum edilməklə yanaşı cəzasını çəkdikdən sonra iki il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Maidə Qaragöz 15 oktyabrda təhlükəsizlik məmurları tərəfindən Təbrizdə həbs edilib və noyabrın 20-də Təbriz zindanına köçürülüb.Qeyd edək ki, Maidə Qaragöz bundan öncə sentyabrın 28-də özünün sosial media hesabındakı paylaşımlarına görə, həbs edilmiş və iki həftə sonra 100 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxıldıqdan sonra yenidən saxlanılmışdı.

Gunaz.tv