Ukraynada həlak olmuş Rusiya hərbçilərinin sayı 100 000-ə çatdı

Ukrayna Silahlı Qüvvələri tərəfindən müharibədə məhv edilən Rusiya hərbçilərinin sayı 100.000 nəfərə çatdı.

Bu haqda “Ukrainska Pravda” Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat yayıb.

Məlumata görə 22 dekabr tarixinə Rusiyanın Ukraynadakı itkiləri belədir:
Şəxsi heyyət – təxminən 100400 (+660) nəfər ləğv edilib;
tanklar – 3003 (+1);
zirehli döyüş maşınları – 5981 (+2);
artilleriya sistemləri – 1978 (+6);
MLRS – 413 (+1);
hava hücumundan müdafiə sistemləri – 212 (+0);
təyyarə – 283 (+1);
helikopterlər — 267 (+0);
əməliyyat-taktiki səviyyəli PUA – 1693 (+5);
qanadlı raketlər – 653 (+0);
gəmilər/qayıqlar — 16 (+0);
avtomobil avadanlığı və tankerlər — 4615 (+7);
xüsusi avadanlıq – 178 (+0).

Bütün məlumatlar təmas xəttində döyüşlərin yüksək intensivliyi səbəbindən dəqiqləşdirilir.

Basta