Təbrizli rejissora həbs cəzası

Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya İnqilab Məhkəməsi tərəfindən 1 il həbs və 8 milyon tümən cərimə cəzasına məhkum edilib.

Gənc rejissor 24 sentyabrda təhlükəsizlik məmurları tərəfindən saxlanılmış, bir müddət sonra isə girov qarşılığında müvəqqəti olaraq sərbəd buraxılmışdı.

Məhəmməd Siyaməkniya türk dilində bir neçə qısa film çəkib.

Onun “Ağacdələn” filmi 12-ci Bakı Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Kinorejissor türkcə “Dil” adlı daha bir film də çəkib.

O həmçinin bir neçə sosial mövzularda sənədli filmlərin prodüsseridir. (Axar.az)