İranda saxlanılan 14 mindən çox etirazçının yeri bilinmir
İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi dekabrın 28-i axşam saatlarına olan məlumatında hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayı açıqlanıb.
Qurum yaydığı məlumatda 17 sentyabrdan 28 dekabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 508 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.
Bununla yanaşı məlumatda 18 666 nəfərin saxlanıldığı bildirilir. Onlardan yalnız 4 137 nəfərin kimliyi və saxlanılma yeri məlumdur.
Eyni zamanda, həbs olunan 667 nəfər tələbədir.
Həmçinin bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.
Günaz TV