Britaniya SEPAH-ı terror qrupları siyahısına salır
Keçən il Böyük Britaniyada İranın əleyhdarlarını oğurlamaq və ya öldürmək üçün 10 sui-qəsddən sonra, SEPAH Britaniya hökuməti tərəfindən rəsmi olaraq terror qruplaşması siyahısına salınacaq.
Təhlükəsizlik naziri Tom Tugendat və Britaniyanın daxili işlər naziri Suella Braverman bu addımı dəstəkləyiblər və yaxın bir neçə həftə ərzində rəsmi açıqlama gözlənilir.
Məlumatda Britaniya hakimiyyət orqanlarının artıq SEPAH-a qarşı iş qaldırdığı və təhlükəsizlik xidmətlərinin bununla bağlı faydalı məlumatlar əldə etdiyi bildirilir.
Britaniyanın daxili kəşfiyyat xidməti MI6-nın baş direktoru iki ay əvvəl İranın təhdidlərini, o cümlədən Britaniyaya qarşı əvvəlki planların təfərrüatlarını açıqlamışdı.
“İran birbaşa və kəşfiyyat xidmətləri vasitəsilə Britaniya üçün təhlükədir. Bunlardan ən bariz olanı İran rejiminin düşməni kimi qəbul edilən Britaniya və ya Britaniyada yaşayan insanları qaçırmaq və hətta öldürmək cəhdidir»,- Ken Makkallum demişdi.
Gunaz TV