Rusiya ordusu Xersonda 500-ə yaxın hərbçisini itirdi – USQ

Ukrayna ordusu Xerson vilayətinin Çulakovka kəndi yaxınlığında işğalçılara hücum edib, Rusiya ordusundan ölən və yaralananların sayı 500 nəfərə yaxın olub.

Bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah onu da bildirib ki, yanvarın 1-də Müdafiə Qüvvələrinin bölmələri Xerson vilayətinin Fedorovka qəsəbəsi ərazisində rus işğalçılarının şəxsi heyətini atəşə tutub. Düşmənin itkiləri dəqiqləşdirilir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Makeyevkada 400 işğalçının məhv edildiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Makeyevkada ordusunun hücuma məruz qaldığını təsdiqləsə də, cəmi 63 hərbçisinin öldüyünü bildirib.

Basta