Gürcüstanda Saakaşviliyə dəstək aksiyası
Yanvarın 4-də Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası Bidzina İvanişvili adına biznes mərkəzinə yürüşlə başa çatıb. İdeya yalnız Levan Xabeişvilinin tərəfdarları arasında bəyənilib. Parçalanmış Vahid Milli Hərəkatda partiya liderlərinin mitinqlərin keçiriləcəyi yerləri razılaşdırmaqda belə birliyə nail ola bilməməsi ən böyük müxalifət partiyasında növbəti ittihamlara və qarşıdurmalara səbəb olub.
“Melia” qanadının nümayəndələri aksiyaya qatılmayıblar, lakin sonradan Anzor Melia Sülh Körpüsündə peyda olub. Oraya toplaşan Nika Meliyanın komandasının üzvləri öz partiyadaşlarını mitinqi pozmaqda ittiham ediblər.
***
Bu gün Gürcüstan müxalifəti keçmiş prezident Mixail Saakaşvilinin müdafiəsi üçün genişmiqyaslı aksiyalar keçirəcək.
Gürcüstan mətbuatının məlumatına görə, paytaxt Tbilisi də daxil olmaqla, ölkənin bütün iri şəhərlərində etiraz aksiyaları planlaşdırılıb.
Müxalif Vahid Milli Hərəkat Partiyasının rəhbəri Nika Melia siyasi baxışından asılı olmayaraq hər kəsi mitinqlərdə iştirak etməyə çağırıb.
Xatırladaq ki, Saakaşvilinin vəkilləri və hüquq müdafiəçiləri onun 2021-ci ildə həbsindən sonra Gürcüstanın keçmiş prezidentinin səhhətinin pisləşdiyini iddia edirlər. Saakaşvilinin komandası onun azadlığa tələb edir ki, Saakaşvilinin xaricdə müalicəsi mümkün olsun.
Bundan əvvəl Gürcüstan hakimiyyəti Saakaşvilinin müalicə olunduğu klinikadan video yayımlayıb və qeyd edib ki, siyasətçi özünü xəstə kimi göstərərək ictimaiyyəti çaşdırmağa çalışır.
Basta