Daha 7 fəal aclıq aksiyasına qoşulub
Yanvarın 9-da daha 7 fəal Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq edən üzvü Tofiq Yaqubluya dəstək məqsədi ilə Müsavat Partiyasının qərargahında aclığa başlayıb.
Bununla da Tofiq Yaqublu da daxil olamqla hazırda 12 ictimai-siyasi fəal aclıq edir.
Bu gün həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev də yenidən aclığa başladığını elan edib.
Belə ki, dekabrın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Babək Həsənov, Əlzamin Salayev, Ceyhun Novruzov, Əlzamin Kazımov, Sakit Məmmədli, Tofiq Məmmədov, Müsavat Partiyasının fəalı Əziz Məmiyev Müsavat Partiyasının qəraragahında aclığa başlayuıb. Bundan öncə isə Tofiq Yqublunun həyat yoldaşı Maya Yaqublu, AXCP fəalları Saeymur Əhmədzadə və Elnur Quliyev Tofiq Yaqublunun evində aclıq edir.
AXCP fəalı Babək Həsənov Amerikanın Səsinə bildirib ki, aclıq aksiyası daha da genişlənəcək.
“Çoxsaylı fəallar aclıq aksiyasına qoşulmaq üçün müraciət edib. Sadəcə olaraq Müsavat Partiyasının qərargahında yer az olduğundan onlar sıramıza qatıla bilmir. Belə qərarlaşmışıq ki, sıra ilə aclığı sonadək davam etdirək. Aksiyamızın tələbi ilk olaraq Tofiq Yaqubluya dəstəksdir. Amma, biz həm də Bəxtiyar Hacıyevə və ümumilikdə bütün siyasi məhbuslara azadlıq tələb edirik. Bu məqsədlə aksiyamızı tələblərimizə nail olanadək davam etdirəcəyik”, o qedy edib.
Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.